Hüseyn Abdullayevə hökm oxundu

Bu gün Bakı Hərbi Məhkəməsində iş adamı Hüseyn Abdullayevin sonuncu məhkəməsi keçirilib.

Türk.az-ın verdiyi xəbərə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə H. Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

“Quska”nın anası Zeynəb Abdullayeva isə 4 min manat cərimə olunub.

Onlarla birgə təqsirləndirilənlər – Namiq Babayev 4 il, Nazim Əliyevin 3 il müddətinə azadlıqdan məhrum edilib. İntiqam Süleymanova isə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Azadlıqda olan Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları – Zaur Quliyev, Pərviz Kazımov, İbrahim Həbibov, Xalid Əliyevə də şərti cəza verilib.