Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanılıb

Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanılıb.

“Report” bu barədə DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.

Həmin görüntülər sosial şəbəkələrdə yayılandan sonra polis tərəfindən dərhal araşdırma aparılıb və həmin videonun müəllifinin Əmrah Məhərrəmov olması müəyyən edilərək saxlanılıb.

Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada 20 sutka həbs edilib.

ƏvvəlkiXarici işlər nazirinin müavini Koreya Respublikasına səfər edib
NövbətiBayden Ukraynaya 270 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib