Hikmət Hacıyev: Ermənistan Müdafiə Nazirliyi tərəfindən kifayət qədər saxta məlumatlar paylaşılır

Ermənistan Müdafiə Nazirliyi tərəfindən kifayət qədər saxta məlumatlar paylaşılır.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən paylaşılan fotoların əksəriyyəti fotoşopdur: “Onlardan bir neçəsini artıq ifşa etmişik. “Su-25” ilə bağlı olan halı gördünüz. Guya İrəvan səmalarında dronlar uçurdu. O da fotoşop idi”.

Prezidentin köməkçisi bildirib ki, sonradan həmin görüntülərin media və sosial şəbəkələrdən silinməsi ilə bağlı göstəriş verilib: “Ona görə də media nümayəndələrimizə müraciət edirik ki, məlumatlara həssaslıqla yanaşsınlar və yalanları ifşa etsinlər. Sözügedən fotoşopları asanlıqla aşkarlamaq mümkündür”.

ƏvvəlkiAlmaniyalı jurnalist: “Ermənilər 4 min nəfər itirib”
NövbətiDaxili İşlər Nazirliyi yol hərəkəti iştirakçılarına müraciət edib