Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə bayram sovqatları çatdırılıb

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə Vətən müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları çatdırılıb.

AZƏRTAC xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri və könüllüləri bayram günü şəhidlərimizin ailələrinə baş çəkiblər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Qurban bayramı münasibətilə təbrikləri çatdırılıb, qurban payları təqdim olunub.