Hazırda Azərbaycan iqtisadiyyatı dayanıqlıq nümayiş etdirir

“Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti nəticəsində işğal altındakı torpaqlarımızı azad etmişik”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkədə iqtisadi islahatlar getdikcə dərinləşir: “Həmçinin Azərbaycanın dünyadakı nüfuzu durmadan artır. Hazırda ölkə iqtisadiyyatı dayanıqlıq nümayiş etdirir”.

ƏvvəlkiKoronavirus vaksini vurulacaq şəxslərə COVID-19 pasportu veriləcək
NövbətiDevalvasiya barədə fikirlərin heç bir əsası yoxdur