Hava nəqliyyatı ilə sərnişindaşıma 60,4 faiz azalıb

Cari ilin yanvar-iyun aylarında hava nəqliyyatı ilə 446,8 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 60,4 faiz az sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, daşımaların 99,6 faizi dövlət, 0,4 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.