Hadija Labib: Avropa İttifaqında Azərbaycanı vacib tərəfdaş hesab edirik

Avropa İttifaqında Azərbaycanı vacib tərəfdaş hesab edirik. İttifaq bu münasibətlərə hörmətlə yanaşır və istərdik ki, bu əməkdaşlıq daha da inkişaf etsin.

AZƏRTAC xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Hadija Labib avqustun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinq zamanı deyib.

Azərbaycanın Avropanın enerji təchizatında çox önəmli rol oynadığını deyən belçikalı nazir, həmçinin Ukraynaya yardım mövzusunda Azərbaycana xüsusi olaraq təşəkkür edib.

ƏvvəlkiGörkəmli kinorejissor Vaqif Mustafayevin 70 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçiriləcək
NövbətiAzərbaycan XİN-in rəhbəri: Növbəti illərdə ölkəmizə qarşı ikili standartların şahidi olmaq istəmirik