Hacıbəy Zakatalski ona qarşı olunan haqsızlıqlar barədə prezidentə müraciət etdi

Zaqatala rayonunda yerləşən, bütün dünyada füsunkarlığı ilə məhşur olan ” Ləzzət” ailəvi istirahət mərkəzinin direktoru iş adamı Hacıbəy Zakatalsi  buranı 1987 ci ildən yaratdığını,hər daşında ,qayasında əziyyəti olduğunu deyir. Lakin bir çoxları buranı özləri üçün qazanc mənbəyinə çevirib. Hacıbəy istənilən rüşvəti vermədiyi üçün onun başına olmazın müsibətlər gətirilmişdi. AzTimes.az saytı olaraq Hacıbəy Zakatalskidən aldığımız müsahibəni olduğu kimi sizlərə təqdim edirik.