Hərbi təyyarə qəzaya uğrayıb

Səudiyyə Ərəbistanının hərbi hava qüvvələrinə məxsus “Tornado” qırıcısının qəzaya uğraması təsdiqlənib.

“Report” xəbər verir ki, bu barədə “Saudi Press Agency” məlumat yayıb.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Qətər koalisiyasının rəsmi nümayəndəsi hadisənin baş verdiyini rəsmən təsdiqləyib.

Məlumata görə, hadisə fevralın 14-də yerli vaxtla 23:45-də baş verib.

Xatırladaq ki, KİV-də hərbi təyyarənin İran dəstəkli husilər tərəfindən vurulduğu barədə məlumatlar yayılmışdı.

ƏvvəlkiRazılaşdırılmamış aksiya ilə bağlı DİN-dən növbəti xəbərdarlıq
NövbətiMalidə terrorçuların silahlı hücumu nəticəsində 40 nəfər öldürülüb