Həftəsonu Alp dağlarında qar uçqunlarında 6 nəfər ölüb

Həftəsonu Alp dağlarında baş vermiş qar uçqunlarında 6 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, təkcə bazar günü baş vermiş uçqunlarda müxtəlif ölkələrdən 3 turistin ölümü qeydə alınıb. Bu gün təkcə Fransanın Savua departamentində 6 qar uçqunu qeydə alınıb.

Alp regionunda şənbə günü də 3 turist ölümü qeydə alınmışdı. Ümumilikdə son 2 gündə Alp dağlarında 6 turist həyatını itirib.

Əvvəlkiİstanbul hava limanında nəzərdə tutulan 54 uçuş təxirə salınıb
NövbətiMəsud Pezeşkian: İran hökuməti bütün zəruri dəyişiklikləri həyata keçirməyə hazırdır