Alp dağlarında qar uçqunu nəticəsində 4 nəfər ölüb

Alp dağlarında qar uçqunu nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanin deyib.

“Alp dağlarında Armancet buzlaqına günün ortasında qar uçqunu düşüb. İlkin məlumatlara görə, 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Xilasedicilər işlərini davam etdirirlər” – deyə, o bildirib.

Axtarış-xilasetmə əməliyyatına iki helikopter, həmçinin çoxlu sayda xilasedici və texnika cəlb olunub.

ƏvvəlkiAzər Paşa Nemətov vəfat edib, onunla vida mərasimi aprelin 10-da keçiriləcək
NövbətiAzərbaycan Ordusunda keçirilən ağacəkmə aksiyaları davam edir