Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə yük daşımalarının vaxtı azalacaq

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə yük daşımaları üçün tələb olunan vaxt 4 saat azalacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın dəmir yollarının modernləşdirilməsi layihəsinin tərəfdaşlarından biri olan Asiya İnkişaf Bankının (ADB) 2021-ci il üzrə hesabatında bildirilib.

Sənədə əsasən, layihənin reallaşdırılması ilə yük qatarlarının Azərbaycan sərhədindən Batumi limanına çatması üçün tələb olunan orta vaxt 4 saat azalacaq.

Ötən il “Gürcüstan dəmir yolları” SC ilk dəfə olaraq London Fond Birjasında “yaşıl” istiqrazlar yerləşdirib və cəlb olunan vəsaitlərin həcmi 500 milyon ABŞ dolları təşkil edib. ADB 50 milyon ABŞ dolları ayırmaqla sövdələşmənin əsas tərəfdaşlarından biri kimi çıxış edib.

Gürcüstan dəmir yolları şəbəkəsinin modernləşdirilməsi nəticəsində illik yük daşımalarının həcmi 2024-cü ildə 27 milyon tondan (2020-ci ildə) 48 milyon tona qədər artacaq.

ƏvvəlkiBakı birinciliyində iştirak gənc idmançılar üçün böyük əhəmiyyət daşıyır
NövbətiPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər