Gürcüstanın baş naziri ölkə müsəlmanlarını təbrik edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin müsəlman vətəndaşlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, müsəlmanlara inam, səbir və müqəddəs ayı layiqincə başa vurmağı arzulayıb.

“Mən sizin bizim ümumi vətənimizin ictimai həyatına və onun gələcək inkişafına verdiyiniz böyük töhfəni çox yüksək qiymətləndirirəm. Sizin unikal mədəniyyət və ənənələriniz Gürcüstanın zənginliyidir, onun müxtəlifliyinin ayrılmaz hissəsidir”, – hökumət başçısı deyib.

İ.Qaribaşvili müsəlman vətəndaşlara və onların ailə üzvlərinə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıb.