Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib

Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 30-da Azərbaycan Respublikasına səfərə gəlib.

Türk.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

ƏvvəlkiMariya Zaxarova: “Azərbaycan və Rusiya bütün sahələrdə əlaqələri inkişaf etdirir”
NövbətiGenerallar “Astara” dövlət sərhədindən buraxılış məntəqəsini yoxlayıblar