Gürcüstandakı zəlzələ Azərbaycanda hiss olunub

Gürcüstanda qeydə alınan zəlzələ Azərbaycanda hiss olunub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 10:08-də Zaqatala stansiyasından 52 km qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3,8, dərinliyi 2 km olan zəlzələ Azərbaycanın yaxın yaşayış məntəqələrində zəif hiss olunub.

Əvvəlki17 kiloqramdan çox narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb
NövbətiPrezident 17 subartezian quyusunun qazılması üçün vəsait ayırdı