Gürcüstanda azərbaycanlı rayon rəhbəri özünə məsləhətçi təyin edib

Gürcüstanın Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Darğallı özünə gənclərlə ünsiyyət sahəsi üzrə məsləhətçi təyin edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu vəzifəyə əslən Marneulidən olan gənc Adil Əliyev təyinat alıb.

Z.Darğallı özünün “Facebook” səhifəsində yazıb ki, A.Əliyev gənclər sahəsinin inkişaf etdirilməsi və dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcək: “Mən gənclərin qarşısında böyük məsuliyyət daşıyıram, çünki cəmiyyətin bir hissəsi kimi hadisələri ən səmimi və obyektiv qiymətləndirənlər məhz gənclərdir”.

Rayon rəhbəri yeni məsləhətçinin Marneulinin gənclər sahəsini inkişaf etdirəcəyinə və daha yaxşı ideyaları həyata keçirəcəyinə əmin olduğunu qeyd edib.