Gürcüstan vətəndaşı İtaliyada koronavirusa yoluxub

İtaliyada Gürcüstan vətəndaşına koronavirus diaqnozu qoyulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib.

Nazir qeyd edib ki, həmin şəxs Roma şəhərindəki klinikalardan birində həkim nəzarəti altında saxlanılır və hazırkı vəziyyəti qənaətbəxşdir.