Gürcüstan nümayəndə heyəti Şuşanın görməli yerləri ilə tanış olub

Gürcüstanlı mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərin Şuşaya səfəri başa çatıb.

“Report” xəbər verir ki, qonaqlar şəhərin mərkəzi meydanında, Şuşa qalasında, Cıdır düzündə olublar. Həmçinin Molla Pənah Vaqifin məqbərəsi, Bülbülün ev muzeyi ilə tanış olublar. Burada gürcü müğənnilər Azərbaycan xalq mahnılarını ifa ediblər.

Ötən gün Füzuli və Cəbrayıla səfər etmiş qonaqlar sabah Ağdamda olacaqlar.

ƏvvəlkiErmənistan Rusiya əleyhinə sanksiyalara qoşulub
NövbətiAqil Məlikovun yaradıcılıq gecəsi keçiriləcək