“Gürcü Arzusu” parlamentdə 90 yer əldə edib

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçirilmiş parlament seçkilərinin nəticələrinə dair yekun protokol qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, sənədə əsasən, hakim Gürcü Arzusu Partiyası seçkilərdə 48,22 % səs toplayıb.

Partiya X çağırış parlamentində proporsional sistem üzrə 60, majoritar sistem üzrə isə 30 olmaqla ümumilikdə 90 yer əldə edib.

Müxalifət partiyalarının nümayəndələri protokolu imzalamaqdan imtina ediblər.

Yeni parlamentin ilk iclası dekabrın 20-dən gec olmayaraq keçirilməlidir. İclasın tarixini prezident təyin edəcək.

Qeyd edək ki, seçkilərdə iştirak edən müxalifət partiyaları nəticələri tanımayıb və deputat mandatlarından imtina ediblər.

ƏvvəlkiYol Hərəkəti Təhlükəsizliyi Komissiyasının üzvləri müəyyənləşdi
NövbətiATƏT-in Minsk qrupunun həmsədr ölkələri Qarabağa dair birgə bəyanat yayıblar