Güləş üzrə U-20 Azərbaycan çempionatına yekun vurulub

Bakı İdman Sarayında 20 yaşadək güləşçilər arasında Azərbaycan çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yarışın sonuncu – üçüncü günündə yunan-Roma güləşi üzrə 67, 72, 77, 82, 87, 97 və 130 kiloqram çəki dərəcələrində görüşlər keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Fərid Xəlilov (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Etibar Rzayev (87 kq), İsa Hüseynov (97 kq) və Məzahim Mərdanov (130 kq) bütün rəqiblərini qabaqlayaraq Azərbaycan çempionu adına sahib olublar.

Çempionatda mükafatçılar sırasında yer alan güləşçilər yığma komandalara cəlb ediləcəklər.

Qeyd edək ki, aprelin 1-dən 4-dək Bakı İdman Sarayında yeniyetmə güləşçilər arasında ölkə birinciliyi təşkil olunacaq.

ƏvvəlkiPolisin fəaliyyətinə müdaxilə edən Nurlan Cəfəri inzibati məsuliyyətə cəlb olunub
NövbətiZaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib