Güclü yağış səbəbindən İsmayıllı-Lahıc yolu bağlanıb

Bu gün axşam saatlarında yağan güclü leysan xarakterli yağışdan sonra İsmayıllı-Lahıc yolu bağlanıb. Sel səbəbindən avtomobil yolunun hərəkət hissəsi lil qatı və daşlarla örtülüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sel suları qəsəbəyə və ətraf kəndlərə gedən qaz xətlərini zədələyib, elektrik dirəklərini aşırıb. Hazırda Lahıca elektrik enerjisi və qazın verilişi dayandırılıb.

Eyni zamanda, sel suları Yuxarı Zərnava kəndində gedən yolu da keçilməz edib. Paralel olaraq rayon ərazisindən keçən Girdiman çayının suyunda da artım müşahidə olunur.

ƏvvəlkiQəbul imtahanlarında ən yüksək nəticə göstərənlər açıqlanıb
NövbətiAzərbaycan nümayəndə heyəti UNESCO-nun 9-cu Konfransında iştirak edib