Güclü qar Almaniyada nəqliyyat kollapsı yaradıb

Əlverişsiz hava şəraiti Almaniya yollarında nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıb. Ayrı-ayrı federal əyalətlərdə qar örtüyünün qalınlığı yarım metrə çatıb.

AZƏRTAC xəbər verir ki, Bavariyada, Saksoniyada və Baden-Vürtemberqdə qırmızı təhlükə səviyyəsi elan edilib. Sinoptiklərin məlumatına görə, həftəsonu şaxta güclənəcək, yollar buz bağlayacaq. Sakinlərə evdən çıxmamaq tövsiyə olunub.

Əvvəlki“Vətənə xidmətinə görə sağ ol!” adlı hərbi xidmətdən yola salma mərasimi keçirilib
NövbətiPrezident Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb