Gözətçi gəminin ekipajı döyüş atışlı məşqlər keçirib

2020-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrinin modernləşdirilmiş gözətçi gəmisinin silah və texniki vasitələrinin yoxlanılması məqsədi ilə döyüş atışlı məşqləri keçirilib.

Həyəcan siqnalı ilə qaldırılan heyət qısa müddət ərzində gəmini döyüşə və səfərə hazırlayıb.
Dənizə çıxış zamanı gəminin yenilənmiş mexanizmləri yoxlanılıb, həmçinin artilleriya və bomba atışları icra olunub. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən gəmi heyəti dəqiq atışlarla hədəfləri məhv edib.

ƏvvəlkiAtəşkəs rejimi 27 dəfə pozulub
NövbətiNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi olub