“Gənclik Mall”un qarşısında maşın yanıb

Bakıda yanğın hadisəsi baş verib.

Türk.az Trend-ə istinadən xəbər verir ki, hadisə Fətəli Xan Xoyski küçəsində küçəsində “Gənclik Mall”un qarşısında qeydə alınıb. “Mercedes E-class” markalı avtomobil alış-veriş mərkəzinin qarşısında alışıb.

Avtomobildə və ətraf maşınlarda olan yanğınsöndürən balonların köməyi ilə alov söndürülüb.

Hadisə yerinə FHN əməkdaşları da cəlb olunub.

ƏvvəlkiQazaxda dəmir yolu stansiyasında 25 metrlik relsi kəsən 2 nəfər tutulub
NövbətiYol Polisi qış mövsümündə yollarda təhlükəsizliyin təmin olunması məqsədilə sürücülərə müraciət edib