Gənclər və idman naziri cüdo yarışlarını izləyib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən təşkil edilən yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ikinci yarış gününə yekun vurulub.

ACF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu gün yarışları izləyən gənclər və idman naziri Fərid Qayıbov 52 kiloqram çəki dərəcəsində qalib və mükafatçı qızları medallarla təltif edərək onlara uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, baş katibi Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov nazirə qarşıdakı yarışlar, planlar və tədbirlər barədə məlumat veriblər.

ƏvvəlkiVüsal Quliyev: Korrupsiyaya qarşı birgə mübarizə aparmaq üçün ictimai şuraların bir çətir altında toplanması vacibdir
NövbətiBu gün Azərbaycanda COVID-19 əleyhinə 27 min dozadan çox peyvənd vurulub