Gəncədə evdən 116 min manat və 30 minlik qızıl oğurlandı

Gəncə şəhərində evdən külli miqdarda pul və qızıl əşyalar oğurlayan şəxs saxlanılıb.

DİN-dən Türk.az-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin yanvar ayında Gəncə şəhəri ərazisindəki evlərin birindən 115700 manat pul və 30000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Əflaki saxlanılıb.

Daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

ƏvvəlkiAvropa Birliyi ABŞ sanksiyalarına qarşı çıxır
NövbətiAtəşkəs 80 dəfə pozuldu