Gəncə və Lənkəran koronavirusa görə narıncı zona elan edilib

“Hazırda Azərbaycanda yalnız sarı və narıncı rənglərə uyğun epidemioloji vəziyyət mövcuddur”.

“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, son günlər Gəncə və Lənkəranda aktiv yoluxma hallarında 2 dəfə artım qeydə alınıb: “Bu şəhərlər Bakı, Abşeron, Sumqayıt kimi narıncı zona elan edilib”.

R.Bayramlı vurğulayıb ki, epidemioloji vəziyyət tədricən yaxşılaşdıqca və yoluxma halları sıfra endiyi halda, bütün məhdudiyyətlər aradan qaldırılacaq: “Yoluxma sürəti gündəlik əsasda təsdiq edilən yoluxma hallarının sayı ilə müəyyən edilir”.

ƏvvəlkiTəhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi birgə məlumat yaydı
NövbətiAtəşkəs rejimi 23 dəfə pozulub