Fransada polis etiraz aksiyasını dağıtmaqdan imtina edərək aksiyanı tərk edib

Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları pensiya islahatlarına etiraz edənləri dağıtmayıb və aksiyanı tərk ediblər.

Trend xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Aksiya iştirakçıları hüquq-mühafizə orqanları əməkdaşlarının bu hərəkətini alqışlarla qarşılayıblar.

Xatırladaq ki, Fransada pensiya islahatlarına qarşı etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı etirazçılar və polislər arasında toqquşmalar da müşahidə olunub.