Fransa Senatı Qolodomoru tanıyıb

Fransa Senatı səs çoxluğu ilə Ukraynada 1932-1933-cü illərdəki soyqırımı tanıyan qətnamə qəbul edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa parlamentinin yuxarı palatasının rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

“Biz Fransa hökumətini 1932-1933-cü illərdə sovet hakimiyyəti tərəfindən milyonlarla ukraynalının aclıq, deportasiyası və məhvini soyqırımı kimi tanımağa çağırırıq”, – qətnamədə bildirilir.

2022-ci ilin dekabrında Avropa Parlamenti Ukraynada 1932-1933-cü illərdə baş vermiş aclığı soyqırım kimi tanıyıb. Qətnaməni 507 deputat dəstəkləyib.

ƏvvəlkiŞamaxıda insan alveri ilə mübarizə mövzusunda tədbir keçirildi
NövbətiAzərbaycan əhalisinin sayı 10 milyon 138 min 585 nəfər təşkil edib