Fransa hökumətinə etimad məsələsi üzrə səsvermə keçiriləcək

Fransanın Milli Birlik Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen qanunvericilikdə baxılan pensiya islahatı layihəsinə etiraz olaraq ölkə hökumətinə etimadsızlıq barədə qərarın səsverməyə çıxarıldığını açıqlayıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Onun sözlərinə görə, bu səsvermə bir növ parlament referendumu olacaq. Le Pen qeyd edib ki, səsvermə yaxın 48 saat ərzində keçirilməlidir. O, ümid etdiyini bildirib ki, solçu qüvvələrin koalisiyası, Yeni Xalq Ekoloji və Sosial İttifaqı qətnaməni dəstəkləyəcək.

“Fraksiyamız hökumətə etimad məsələsini qaldırır ki, pensiya islahatına qarşı çıxan bütün deputatlar bu mətnlə öz narazılıqlarını bildirsinlər. Deputatlar hələ 13800 düzəlişi nəzərdən keçirməlidirlər. Hərəkət etdiyimiz sürətlə, bu, min saatdan çox vaxt aparacaq, cədvələ uyğun olaraq, yalnız 28 saat müzakirəmiz qalıb. Yəni, pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı islahatın əsas maddəsinə baxmağa belə vaxtımız olmayacaq”.

Əvvəlki“Türkiyə, tək ürək” kampaniyasında toplanan ianə 101 milyard lirəni keçib
NövbətiNATO ölkələri Ukrayna üçün bir neçə tank briqadası yaradacaqlarına ümid edir