Fövqəladə hallar naziri Naxçıvan şəhərində vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyulun 7-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasında saat 10:00-dan sakinlərlə görüşəcək.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Görüşə gələn vətəndaşların qeydiyyatı nazirliyin inzibati binasında 2023-cü il 6 iyul tarixdə saat 09:00-da başlayacaq. Görüşdə yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

ƏvvəlkiŞuşa şəhərinin Baş planında onun tarixi əzəmətinin qorunması əsas götürülüb
NövbətiHoradizdən Ağalıya müntəzəm avtobus marşrutu açılacaq