Formula 1 Azərbaycan Qran-Prisinin başlama saatı dəyişdirilə bilər

2018-ci ildə “Liberty Media” şirkəti Formula 1 yarışlarına saatın tamamında deyil, 10 dəqiqə qalmış start verilməsi barədə qərar qəbul etmişdi. Şirkət bu addımı televiziya kanallarına görə atdığını açıqlamışdı.

AZƏRTAC “RaceFans” nəşrinə istinadla xəbər verir ki, cari mövsüm şirkət bu təcrübədən imtina edəcək. Start ilə bağlı Formula 1 rəhbərliyi ilə komanda nümayəndələri arasında keçiriləcək görüşdən sonra qərar qəbul olunacaq.

Formula 1 üzrə dünya çempionatının Avropa mərhələlərinin tez başlaması təklif olunub. Belə ki, əgər ötən il Formula 1 İspaniya Qran-Prisi saat 17:30-da start götürmüşdüsə, bu il yarış saat 16:00-da başlayacaq.

Qeyd edək ki, 2021-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi iyunun 6-da Bakı şəhər halqasında təşkil olunacaq.