FIFA-ya “Qətər-2022”yə bilet üçün 17 milyon müraciət daxil olub

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına bilet sifarişlərinin birinci mərhələsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, yanvarın 19-dan fevralın 8-dək olan müddətdə FIFA-ya bilet üçün 17 milyon müraciət daxil olub.

Qətərdə keçiriləcək mundiala ən böyük maraq təşkilatçı ölkədəndir. Növbəti yerlərdə Argentina, Braziliya, İngiltərə, Fransa, Hindistan, Meksika, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ qərarlaşıb.

Azarkeşlər daha çox finala bilet əldə etmək istəyir. Dekabrın 18-dəki qarşılaşma üçün 1,8 milyon müraciət daxil olub.

Qeyd edək ki, mundial noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

 

 

ƏvvəlkiTürk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının toplantısı başlayıb
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 7779 yoluxma faktı qeydə alınıb