FHN: Nərimanov rayonunda yaşayış binasında baş vermiş yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunun Atatürk prospektində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisində yanğın olması barədə ilkin məlumat daxil olub.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Bakı şəhəri, Nərimanov rayonunun Atatürk prospektindəki çoxmərtəbəli yaşayış binasının zirzəmisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

ƏvvəlkiDünya çempionatı: Azərbaycanın minifutbol yığması 1/4 finalda
NövbətiGələn il müəllimlərin və direktorların maaşı artırılacaq