FHN metronun “8 Noyabr” stansiyasında təlim keçirəcək

Fövqəladə Hallar Nazirliyi (FHN) ilə “Bakı Metropoliteni” QSC metronun “8 Noyabr” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda noyabrın 24-də gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

Əvvəlkiİslam ölkələrinin nazirləri DOST Mərkəzində olublar
NövbətiMilli Məclis komitəsi ilə TBMM-in komissiyası arasında əməkdaşlıq Protokolu imzalanıb