FHN-in kollektivi Ulu Öndərin xatirəsini yad edib

Mayın 10-da xalqımızın Ümummilli Lideri, böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin kollektivi Fəxri xiyabanı ziyarət edib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in kollektivi Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

ƏvvəlkiBudapeştdə Ulu Öndərin 100 illik yubileyi ilə bağlı intellektual yarış keçirilib
NövbətiBakı metrosunun iş vaxtı bir saat uzadılıb