FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsi uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.

“Report” xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir.

Bununla yanaşı, FED fevralda bazardan aylıq aktivlərin geri alınmasının həcmini 60 milyard dollardan 30 milyard dollara qədər azaldacaq.

Qeyd edək ki, FED dekabrın 3-də də uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.

ƏvvəlkiGürcüstanın Milli Turizm Administrasiyası Azərbaycanla əməkdaşlığı fəallaşdırmaq istəyir
NövbətiNaxçıvan Muxtar Respublikası Şahmat Federasiyası ilə uğurla yekun vurub