Fahrettin Altun: Azərbaycanın Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm

Can Azərbaycanın Milli Qurtuluş Gününü və Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsinin imzalanmasının dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun 15 İyun – Milli Qurtuluş Günü münasibətilə sosial media hesabındakı paylaşımında ifadə edib.

“Türkiyə-Azərbaycan media platforması çərçivəsində qardaş Azərbaycanla birlikdə həqiqətləri dünyaya çatdırmaq naminə birgə və qətiyyətlə gələcəyə addımlayacağımıza ürəkdən inanırıq. Bu əlamətdar gün münasibətilə azərbaycanlı qardaşlarıma ən səmimi hörmət, salam və sevgilərimi çatdırıram”- deyə Fahrettin Altun bildirib.

ƏvvəlkiABŞ səfirliyi vətəndaşlarını İranı Azərbaycan sərhədləri vasitəsilə tərk etməyə çağırıb
NövbətiNetanyaһu: Teһran nüvə silahını һusilərə ötürməyi planlaşdırırdı