Ersin Tatar: Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürurudur

Bu günlərdə Şimali Kiprdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyini qeyd etdik. Ulu Öndər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürurudur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar oktyabrın 14-də keçirilən mətbuat konfransında söyləyib.

Şimali Kiprin Prezidenti ölkəsinin müstəqilliyinin tanınması məsələsinə toxunub və bu istiqamətdə görülən işlərdən danışıb.

Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olmağın üstünlüklərini qeyd edən Ersin Tatar Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsinə töhfəsini verdiyini vurğulayıb.

Əvvəlkiİsmayıllı rayon Heydər Əliyev adına mədəniyyət mərkəzində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib