Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib

Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.

“Report” xəbər verir ki, bu barədə Armen Sarkisyan özü bildirib.

Ermənistan Prezidenti qeyd edib ki, onun istefasına səbəb ölkənin daxili və xarici siyasətinə təsir rıçaqlarının olmaması ilə əlaqədardır.

“Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox”, – o deyib.

Ermənistan Konstitusiyasına əsasən növbədənkənar prezident seçkilərinə qədər dövlət başçısının səlahiyyətlərini Milli Məclisin spikeri Alen Simonyan icra edəcək.

Xatırladaq ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu vəzifəyə namizədliyi həmin dövrdə dövlət başçısı olmuş Serş Sarqsyan tərəfindən irəli sürülmüşdü.

ƏvvəlkiPakistanın iş adamları Azərbaycana səfər edəcək
NövbətiTürkiyədə 37 avtomobilin toqquşması ilə zəncirvari yol qəzası baş verib