Ermənistan MSK-nın sədri: Seçicilərin çoxu ümumdövlət seçkilərinə məhəl qoymadı

Ermənistanda keçirilən parlament seçkilərinin sonuna – 20:00-a yekun seçici fəallığı 48,63 faiz təşkil edib.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçan deyib.

Ölkə tarixində ilk dəfə seçicilərin əksəriyyətinin ümumdövlət seçkilərinə məhəl qoymadığını bildirən T.Mukuçan səsvermə hüququna malik 2 milyon 592 min 481 seçicidən yalnız 1 milyon 260 min 840 nəfərin seçkidə iştirak etdiyini söyləyib.

Əvvəlki“Atillanın ayağı dəyən hər türk torpağına iddialıyıq” – Cavid Qurbanov
NövbətiAtəşkəs rejimi 27 dəfə pozulub