Ermənistan müxalifəti Nikol Paşinyanın istefasını tələb edir

Yerevan şəhərinin mərkəzində müxalifətin keçirdiyi mitinq zamanı baş nazir Nikol Paşinyanın istefası tələbi irəli sürülüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, mitinq iştirakçıları həmçinin müvəqqəti hökumət yaratmağı və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

Xatırladaq ki, bu gün ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan istefa verdiyini açıqlayıb.