Əməkdar artist Aygün Bəylər vəfat edib

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Bir qədər əvvəl Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. Mədəniyyət Nazirliyinin kollektivi və mədəniyyət ictimaiyyəti adından sənətkarın vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, – deyə nazirlikdən bildirilib.

ƏvvəlkiBlinken Fidanla Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib
NövbətiMuxtar Babayev COP29-un Prezidenti müəyyən edilib