Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər elan edilib

İctimai Şuraya üzvlüyə namizədlərin və seçkidə iştirak edəcək seçicilərin qeydiyyatı üçün sənədlərin qəbulu 2023-cü ilin 30 dekabr tarixindən shura@edu.gov.az poçt ünvanına göndərilməklə aparılacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Sənədlərin qəbul müddəti 31 yanvar 2024-cü il tarixində başa çatacaq.

Qeyd edək ki, İctimai Şuraya seçkilərin təşkili məqsədilə komissiyanın yaradılması barədə əmr imzalanıb. Elm və təhsil nazirinin imzaladığı əmrə əsasən, bu sahədə dövlət siyasətinin formalaşdırılması və hüquqi aktların hazırlanmasına dair təkliflərin verilməsi, ictimai müzakirələrin təşkili, ictimai və yerli əhəmiyyət daşıyan məsələlərin həll olunması, nazirliyin fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsi məqsədilə yeni şura yaradılacaq. Seçki komissiyası tərəfindən İctimai Şuraya seçkilərin təşkili, o cümlədən üzvlərin say həddinin müəyyən edilməsi barədə tədbirlər həyata keçiriləcək.

ƏvvəlkiMəhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd ediləcək
NövbətiNaxçıvan Muxtar Respublikasının 100 illik yubileyi qeyd ediləcək