Elm və təhsil naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 24-də Naxçıvan şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər.

Vətəndaşlar əsasən işə qəbul, ümumi təhsil, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

ƏvvəlkiTürk dünyası memarlarının Şuşada keçirilən beynəlxalq simpoziumunun ilk gününə yekun vurulub
NövbətiHeydər Əliyev Sarayına yeni direktor təyin olunub