Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçildi

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının videokonfrans formatında 8-ci növbədənkənar qurultayı keçirilib. 

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qurultayın gündəliyinə Ağsaqqallar Şurasının Nizamnaməsinin yeni redaksiyada qəbulu, Ağsaqqallar Şurasının sədrinin seçilməsi və digər məsələlər daxil edilib.

Qurultayda millət vəkili Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçilib.

Xatırladaq ki, bundan öncə Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov idi.

ƏvvəlkiMüdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
NövbətiAngela Merkel Azərbaycan Prezidentinə telefonla zəng edib