Efiopiyada hava hücumu nəticəsində azı 26 nəfər ölüb

Efiopiyanın şimalındakı Amhara əyalətinin Fynote Salam şəhər mərkəzinə mümkün hava hücumu nəticəsində azı 26 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Ötən gün qeydə alınan hücum nəticəsində 22 nəfər hadisə yerində və ya təcili yardım maşınlarında, 4-ü isə xəstəxanada dünyasını dəyişib.

Xəsarət alan daha 55 nəfərin müalicəsi davam etdirilir.

Efiopiya İnsan Haqları Komissiyası avqustun 14-də Amhara bölgəsində federal qüvvələrlə yerli milislər arasında davam edən münaqişədən narahatlığını bildirib. Komissiyanın məlumatına görə, Bəhr Dar, Qondar və ştatın digər şəhərlərində ağır artilleriyadan açılan atəş yaşayış məntəqələrinə ziyan vurub. Bəyanatda iğtişaşlar zamanı polis bölmələrinə və həbsxanalara hücum edildiyi bildirilib.

Avqustun 4-də Efiopiya federal hökuməti toqquşmalardan sonra Amhara bölgəsində fövqəladə vəziyyət elan edib. Qərar dövlət orqanlarının müraciəti əsasında qəbul edilib.

ƏvvəlkiAzərbaycanın voleybol millisi Avropa çempionatına hazırlığı başa vurub
NövbətiBinəqədi rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq