Edinburq hersoqu, şahzadə Filip dəfn edilib

Böyük Britaniya kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu Filip dəfn edilib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, dəfn mərasimi müqəddəs Georgi kilsəsində olub. Koronavirus pandemiyası səbəbindən mərasimdə şahzadənin 30 ən yaxın qohumu iştirak edib.

Şahzadə Filip aprelin 9-da yüz illik yubileyinə iki ay qalmış vəfat edib. O, kraliça II Elizabet ilə 73 il evli olub. Onun 4 övladı, 8 nəvəsi və 10 nəticəsi var.