Dünyada koronavirusdan ölənlərin sayı 100 mini ötüb

Dünya üzrə koronavirus infeksiyasından ölənlərin sayı 100 min nəfəri ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkis Universiteti məlumat yayıb. COVID-19 xəstəliyi ilə bağlı məxsusi statistika aparan universitetin aprelin 10-na olan məlumatına görə, koronavirusa 1 milyon 650 mindən çox insan yoluxub, 100 min 376 nəfər ölüb, 368 mindən artıq insan isə sağalıb.

Ən çox yolxma halı ABŞ-da qeydə alınıb: 470 min nəfər. Bu xəstəlikldən həyatını itirənlərin sayının 17 min 836 nəfərə çatdığı Birləşmiş Ştatlar indiyədək ən çox ölüm faktının qeydə alındığı İtaliyaya yaxınlaşır.

ƏvvəlkiDaha 10 min işsizə birdəfəlik vəsait ödənildi
NövbətiHeydər Əliyev Mərkəzinin binası üzərində İspaniya bayrağı videoproyeksiya olunub