Dünya çempionatı: Azərbaycanın Yunan-roma güləşçiləri mübarizəyə başlayır

Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yunan-roma güləşçiləri mübarizəyə bu gün başlayır. İlk olaraq 4 güləşimiz çıxış edəcək:

Eldəniz Əzizli (55 kiloqram) 1/8 finalda yaponiyalı Tayq Onuşi ilə üz-üzə gələcək.

Sənan Süleymanov (77 kiloqram) filandiyalı Conni Sarkkinenlə qarşılaşacaq.

Rafiq Hüseynov (82 kiloqram) 1/8 finala çıxacaq.

Beka Kandelaki (130 kiloqram) isə 1/16 finalda gürcüstanlı Yakobi Kajaya ilə şansını sınayacaq.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-dək davam edəcək.

Əvvəlkiİrəvanda etiraz aksiyasında 30 nəfər saxlanılıb, 28 nəfər cinayət məsuliyyətinə cəlb edilib
NövbətiƏrdoğan İlham Əliyevə zəng edib, lokal xarakterli antiterror tədbirləri barədə fikir mübadiləsi aparılıb